Tramp sürücülərə ingilis dili öyrədəcək
ABŞ prezidenti Donald Tramp yük maşını sürücülərinin ingilis dili bilməsini yoxlamaq üçün yeni sərəncam imzalayacaq.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit məlumat verib.
O bildirib ki, bu addım sürücülərlə polis arasında ünsiyyət problemlərinin qarşısını almaq və yol təhlükəsizliyini artırmaq məqsədi daşıyır.
Levit əlavə edib ki, bu, həm də iqtisadiyyatın əsas hissəsi olan yük daşımalarının təhlükəsizliyinə töhfə verəcək.
Türkan İsgəndərli
tag: ABŞ,Donald Tramp,Ağ Ev,İngilis dili,todaypress.az,