Tramp tariflərin tətbiqini niyə dayandırdı?

Dünya

20.04.2025 10:50

20

ABŞ prezidenti Donald Tramp maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lutniklə danışdıqdan sonra ticarət tariflərinin tətbiqini dayandırmaq qərarına gəlib. 

TodayPress xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Nazirlər bu məqamdan istifadə edib, tariflər məsələsində Trampı razı sala biliblər. WSJ əlavə edir ki, ancaq hələ də böyük bir maneə var: Trampın tarifləri sevən ticarət müşaviri, Oval Ofisin ətrafında daim asılı olan Peter Navarro.

Töhfə Səməd 

tag: ABŞ ,Donald Tramp,Maliyyə,Tarif,todaypress.az,