Tramp Təhsil Departamentini ləğv etdi

Dünya

21.03.2025 13:00

1659

ABŞ prezidenti Donald Tramp təhsil naziri Linda Makmahonun rəhbərlik etdiyi departamentin ləğvi ilə bağlı sərəncam imzalayıb.

TodayPress xəbər verir ki, bu barədə Tramp açıqlama verib.

O, imzalanma mərasimində 45 ildən sonra tarixi addım atdıqlarını bildirib. 

Ağ Evin verdiyi əmrə əsasən, təhsil katibi departamentin bağlanmasını asanlaşdırmaq üçün bütün lazımi addımları atmalı və amerikalıların güvəndiyi xidmətlərin effektiv və fasiləsiz çatdırılmasını təmin etməklə təhsil səlahiyyətlərini ştatlara və yerli icmalara qaytarmalıdır.

Departamentin tamamilə ləğvi ABŞ Konqresinin təsdiqini tələb edəcək. Tramp demokratların müvafiq qanunun qəbulu üçün səs verəcəklərinə ümid etdiyini bildirib.

Türkan İsgəndərli

tag: ABŞ,Təhsil Departamenti,Konqres,Donald Tramp,todaypress.az,