Tramp Təhsil Nazirliyini bağlamaq istəyir
Vəzifəsinin icrasında başladıqdan sonra ABŞ Prezidenti Donald Tramp hökumət qurumlarında dövlət xərclərini azaltmaq üçün bu dəfə ABŞ Təhsil Nazirliyini hədəfə alıb. TodayPress xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlama verən zaman məlumat verib.
Tramp müsahibə zamanı ABŞ Təhsil Nazirliyinin bağlanmasının lazım olduğunu bildirib. Təhsil Nazirliyinin hansı müddətdə bağlanmasını istəyirsiniz? sualına cavab olaraq prezident: “Dərhal bağlanmasını istəyirəm. Təhsil Nazirliyində böyük qanunsuzluqlar var” deyə cavab verib.
“Dünyanın ən yaxşı 40 ölkəsinin adı açıqlanıb, biz 40-cı yerdəyik. Ancaq belə bir məsələdə - tələbələr üçün xərclərdə bir nömrəyik. Amma 40-cı yerdəyik. 38-40 arasında idik, sonuncu dəfə yoxlayanda 38-ci yerdəydik. İki gün əvvəl yeni siyahıya baxdım, 40-cıyıq” deyə Tramp qurumun səmərəliliyini şübhə altına alıb.
ABŞ-ni təhsil baxımından digər ölkələrlə müqayisə edən Tramp deyib: “Norveç, Danimarka, İsveç təhsil sistemində bizdən üstündür. Bunu söyləməyə nifrət edirəm, amma Çin həmişə ilk 5-likdə olur, o, bizim əsas rəqibimizdir. Əgər 40-cı yerdəyiksə, bu o deməkdir ki, nəsə səhvdir”
Nicat Osman
tag: Trump,Təhsil,ABŞ,Çin,Todaypress.az,