Tramp: “Tərəflər sülhdə maraqlıdırlar”

Dünya

26.03.2025 09:52

832

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Ukraynada sülhün bərqərar olmasına çalışır və bu məqsədlə irəliləyiş əldə olunub. 

TodayPress xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb.   

Onun sözlərinə görə, həm Rusiya, həm də Ukrayna sülh razılaşması imzalamaqda maraqlıdır. 

“Bu münaqişənin başa çatmasını tərəflər də istəyir. Mən isə qısa zaman ərzində böyük uğurlar əldə etmişəm. Heç kim bu qədər qısa müddətdə bu qədər iş görməyib. Cəmi iki ayda hər hansı digər prezidentdən daha çox iş gördüm” deyə Tramp əlavə edib.   

Qiymət Mahir

tag: Tramp,ABş,Ukrayna,Rusiya,Sülh,Todaypress.az,