Tramp: "Ticarət müharibəsi hələ bitməyib"

Dünya

10.04.2025 09:58

13

"Ticarət müharibəsi hələ bitməyib, lakin bir çox ölkələr ABŞ ilə ticarət razılaşmaları əldə etmək istəyir".   

TodayPress xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərin suallarına cavab olaraq bildirib. 

O, müxbirlərin ticarət müharibəsi və danışıqlara hazır ölkələrlə bağlı suallarını cavablandırarkən vurğulayıb ki, hələ heç nə yekunlaşdırılmayıb, lakin Çin də daxil olmaqla, digər ölkələrdən ciddi narazılıqlar var. 

Dövlət başçısı gömrük rüsumlarının artırılmasının səbəblərindən də danışıb:

"ABŞ ilə dünya ticarətində baş verənlər dayanıqlı deyildi. Kimsə tətiyi çəkməli idi. Mən tətiyi çəkməyə qərar verdim. Bu, çoxdan edilməli idi".

Töhfə Səməd

tag: Tramp,ABŞ,Ticarət,Savaş,Todaypress.az,