Tramp: “TikTok” barədə mən qərar verə bilərəm”

Dünya

10.03.2025 15:31

1425

ABŞ prezidenti Donald Tramp “TikTok” sosial şəbəkəsinin satışına dair qərarın ona aid olduğunu bildirib.

TodayPress xəbər verir ki, Florida ştatından Vaşinqtona qayıdan prezident təyyarəsinin göyərtəsində jurnalistlər Trampdan “TikTok” sosial şəbəkəsinin satışına dair razılaşmaların yaxın zamanda baş tutub-tutmayacağını soruşub.

“Bəlkə, yaxın vaxtlarda. Dörd müxtəlif qrupla işləyirik və bir çox insan “TikTok”u almaq istəyir, amma qərar vermək mənə aiddir” deyə prezident bildirib. 

Qiymət Mahir

tag: Tramp,ABŞ,Tik-tok,Platforma,Todaypress.az,