Tramp TikTok satışında broker təyin etdi
ABŞ prezidenti Donald Tramp vitse-prezident Ceyms Devid Vansı Çin sosial şəbəkəsi TikTok-un Amerika hissəsinin satışında broker (alış-satış əməliyyatlarına vasitəçilik edən şəxs) təyin edib.
TodayPress xəbər verir ki, bu barədə “NBC”məlumat yayıb. Məlumata görə, satış 2025-ci il aprel ayına qədər yekunlaşacaq.
Milli Təhlükəsizlik müşaviri Mayk Valsın bu sövdələşmə üzərində Vans ilə birgə işləyəcəyi bildirilib.
ABŞ hakimiyyəti TikTok və onun istifadəçi məlumatlarının toplanmasına milli təhlükəsizliyə təhdid kimi baxır.
Eyni zamanda, sosial şəbəkənin sahibi Çinin “ByteDance” şirkəti Pekin tələb etsə belə, məlumatları Çin hökumətinə ötürməyəcəyinə söz verib.
Qeyd edək ki, Tramp yaxın 30 gün ərzində ABŞ-də TikTok sosial şəbəkəsinin taleyi ilə bağlı qərar qəbul etməyə hazırlaşır.
Onun sözlərinə görə, ABŞ hakimiyyəti TikTok-u xilas edə bilər və onlar bunda maraqlıdırlar.
Nicat Osman
tag: ABŞ,Tramp,TikTok,Çin,Todaypress.az,