Tramp trans qadınların qadın idman yarışlarında iştirakını [[qadağan etdi]]

Dünya

06.02.2025 11:15

2519

ABŞ prezidenti Donald Tramp cinsini dəyişdirmiş kişilərin qadın idman yarışlarında iştirakını qadağan edən fərman imzalayıb. 

TodayPress xəbər verir ki, fərmanın imzalanması fevralın 5-də “C-SPAN” telekanalı tərəfindən canlı yayımlanıb.

“Bundan sonra qadın idmanı yalnız qadınlar üçün olacaq” deyə Tramp imza atmadan əvvəl etdiyi çıxışda bəyan edib. O, əvvəlki Amerika administrasiyasını radikal sol ideyaları dəstəkləməkdə və bioloji cins anlayışını ləğv etməyə cəhd göstərməkdə günahlandırıb.

Trampın sözlərinə görə, özünü qadın kimi təqdim edən kişilər qadınlardan 3,5 mindən çox idman qələbəsini “oğurlayıb” və 11 mindən çox qadın idman yarışında iştirak ediblər.

Yeni fərmana əsasən, bioloji kişi idmançıların qadın idman yarışlarında iştirakına icazə verən ABŞ təhsil müəssisələri federal maliyyələşmədən məhrum ediləcək və onlarla bağlı araşdırmalar aparılacaq. Həmçinin, ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi cinsini dəyişdirmiş kişilərə Amerika vizası verməkdən imtina edəcək.

“Fərman qadın idman yarışları uğrunda mübarizənin sonunu ifadə edir” deyə Tramp vurğulayıb və bunun çoxdan atılmalı olan bir addım olduğunu bildirib.

Qiymət Mahir

tag: Tramp,ABŞ,Trans qadınlar,İdman,Todaypress.az,