Tramp: “Üç nəfərə görə milyonlarla insan öldü”
“Üç nəfərə görə milyonlarla insan ölüb”.
TodayPress
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp El-Salvador lideri Nayib
Bukele ilə Ağ Evin Oval Ofisində keçirdiyi mətbuat konfransında deyib.
O,
bildirib ki, müharibənin başlamasında sələfi Cozef Baydenin əli olub:
“Əgər
Bayden və Zelenski bacarıqlı olsaydı, müharibənin baş verməsinə heç vaxt icazə
verməzdilər. Baydenlə Zelenski bunu dayandıra bilərdi. Putin isə heç
başlamamalı idi. Müharibəyə başladığınız zaman qalib gəlib-gəlməyəcəyinizi
bilməlisiniz. Özünüzdən 20 dəfə böyük olan birinə qarşı müharibəyə
başlamazsınız. Sonra da raketə ehtiyacınız olduğunu bəyan etməzsiniz”.
Tramp
əlavə edib ki, Ukraynaya “Javelin” raketlərini ilk verən də özüdür. Bildirib
ki, Ukrayna hərbçiləri palçığa batmış tanklarla ilk böyük döyüşdə bu yolla
qalib gəliblər:
“Milyonlarla
insan üç nəfərə görə ölüb. Bir nömrəli Putini deyək, ikinci nə etdiyini
bilməyən Bayden, digəri isə Zelenski.
Mənim
edə biləcəyim tək şey cəhd etmək və müharibəni dayandırmaqdır. İstədiyim yeganə
şey budur. Mən qətli dayandırmaq istəyirəm. Düşünürəm ki, bu nöqteyi-nəzərdən
yaxşı iş görürük. Məncə, tezliklə çox yaxşı təkliflər olacaq”.
tag: Tramp, Ukrayna, Rusiya, ABŞ, Ağ Ev, Raket, todaypress.az,