Tramp üç ölkə ilə fərdi ticarət razılaşmalarını müzakirə edir

Dünya

05.04.2025 10:00

993

ABŞ prezidenti Donald Tramp Vyetnam, Hindistan və İsrail nümayəndələri ilə təmaslara başlayıb. 

TodayPress xəbər verir ki, bu barədə “CNN” telekanalı mənbələrə istinadən məlumat yayıb. 

Müzakirələr Tramp administrasiyasının proteksionist ticarət siyasəti fonunda bu ölkələrə qarşı nəzərdə tutulan tariflərin yumşaldılması məqsədi daşıyır.

“Prezidentin danışıqları barədə məlumatlı olan mənbə “CNN”ə bildirib ki, Donald Tramp Vyetnam, Hindistan və İsraillə fərdi ticarət sazişlərini nəzərdən keçirmək məqsədilə birbaşa əlaqə saxlayır” deyə xəbərdə vurğulanır.

Məlumata görə, bu təmaslar Ağ Ev tərəfindən “ilk danışıqlar dalğası” kimi qiymətləndirilir.

Çünki müxtəlif ölkələr Trampın tarif siyasətinə qarşı öz cavab strategiyalarını formalaşdırmağa çalışırlar.

Məsələn, Çin və Kanada artıq qarşı tədbirlərə dair planlarını elan ediblər. 

Qiymət Mahir

tag: Tramp,ABŞ,Vyetnam,Hindistan,İsrail,Todaypress.az,