Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
Ukraynada nizamlanma üzrə danışıqların
iştirakçıları təkcə atəşkəslə bağlı deyil, həm ərazilər mövzusunu müzakirə
edirlər.
TodayPress xəbər verir ki, bunu ABŞ prezidenti Donald
Tramp Ağ Evdə İrlandiyanın baş naziri Maykl Martinlə görüşündə deyib.
“Ərazilər və digər əlaqəli məsələləri də müzakirə etdik.
Bir çox detallar müzakirə olunur” deyən ABŞ lideri təfərrüatları açıqlamayıb.
O, Ukrayna üçün müzakirə olunan atəşkəs imkanlarından və
digər təkliflərdən danışaraq əlavə edib: “Düşünürəm ki, bu, Rusiya üçün məna
kəsb edir. Rusiya üçün də bir çox mənfi cəhətlər var”.
tag: Ukrayna, Atəşkəs, ABŞ, Tramp, Rusiya, todaypress.az,