Tramp: Ukrayna ilə mineral ehtiyatlarla bağlı sazişə dair razılıq əldə olundu
ABŞ
Ukrayna ilə mineral ehtiyatlara dair sazişlə bağlı razılığa gəlib.
TodayPress “Clash Report” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ
Prezidenti Donald Tramp bildirib.
“Biz faydalı qazıntılarla bağlı müqavilə üzrə razılıq əldə etmişik. Sazişi tezliklə imzalayacağıq. İndi biz ərazi haqqında danışırıq” Ağ Ev rəhbəri deyib.
Bundan əlavə, Tramp qeyd edib ki, ABŞ və Ukrayna arasında elektrik
stansiyasının mülkiyyəti ilə bağlı danışıqlar davam edir.
Söhbətin
Zaporojye AES-dən getdiyi güman edilir.
tag: ABŞ, Ukrayna, Tramp, Ağ Ev,todaypress.az,