Tramp: "Ukrayna mineral ehtiyatları üzrə müqaviləni hələ də imzalamayıb"

Dünya

26.04.2025 04:39

23

Ukrayna mineral ehtiyatları ilə bağlı Vaşinqtonla əldə olunmuş mühüm razılaşmanın sənədlərini hələ də imzalamayıb.

TodayPress xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Zelenskinin rəhbərlik etdiyi Ukrayna ABŞ ilə mineral ehtiyatları üzrə çox vacib razılaşmanın yekun sənədlərini hələ də imzalamayıb”.

Tramp, həmçinin, sənədlərin imzalanmasında artıq üç həftəyə yaxın gecikmənin olduğunu vurğulayıb.

tag: Ukrayna, Vaşinqton, Tramp, ABŞ, Mineral, todaypress.az,