Tramp Ukrayna və Rusiya ilə danışıqları müsbət qiymətləndirir

Dünya

15.03.2025 09:47

1321

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri ilə danışıqlarını müsbət qiymətləndirib. 

TodayPress xəbər verir ki, o, bunu ABŞ Ədliyyə Nazirliyində çıxışı zamanı deyib. 

Ağ Evin rəhbəri bildirib ki, Ukrayna atəşkəsə razıdır. Tramp Rusiya ilə atəşkəslə bağlı müzakirələrin ağır getdiyini deyib. Lakin o, razılaşmanın mümkün olacağına ümid edir. 

Qeyd edək ki, martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar baş tutub.

Görüşdən sonra Ukrayna ABŞ-nin 30 günlük atəşkəs rejiminin tətbiqi təklifini qəbul etməyə hazır olduğunu bildirib. Rusiya prezidenti Vladimir Putin də atəşkəs təşəbbüsünü dəstəklədiyini qeyd edib.   

Türkan İsgəndərli

tag: Rusiya,Ukrayna,Tramp,ABŞ,Todaypress.az,