Tramp: “Ukraynada seçkilərin vaxtı çatıb”
ABŞ Prezidenti Donald Tramp Ukraynada seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb.
TodayPress xəbər verir ki, Tramp bunu çərşənbə günü Ağ Evdə keçirdiyi brifinqdə bildirib.
O, Ukraynada uzun müddətdir seçki keçirilməməsinə diqqət çəkib:
“Seçkiləri təxirə salmaq gözəl bəhanədir. Amma Ukraynada seçkilər üçün vaxt çatıb” deyə Tramp əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin reytinqinin cəmi 4 faizə düşdüyünü qeyd edərək, əgər Kiyev münaqişənin həlli danışıqlarında iştirak etmək istəyirsə, seçkilər keçirməli olduğunu bildirmişdi.
Qiymət Mahir
tag: Dünya,ABŞ,Ukrayna,Tramp,todaypress.az,