Tramp: "Ukraynada sülh gözlədiyimdən daha çətindir"

Dünya

25.04.2025 15:34

13

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasının onun gözlədiyindən daha çətin olduğunu etiraf edib. 

TodayPress xəbər verir ki, bu barədə "CNN" telekanalı Ağ Ev administrasiyasına yaxın mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp bu fikirləri müşavirləri ilə apardığı şəxsi söhbətlərdə səsləndirib və bildirib ki, Rusiya ilə Ukrayna arasında vasitəçilik cəhdləri hələlik nəticə verməyib. 

Qeyd olunur ki, bu açıqlama Trampın prezidentliyinin ilk 100 gününün tamamlanmasına 5 gün qalmış verilib. 

Türkan İsgəndərli

tag: ABŞ,Ukrayna,Rusiya,Donald Tramp,todaypress.az,