Tramp: “Ukraynada sülhü yalnız mən razılaşdıra bilərəm”
ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı sülh razılaşmasına yalnız özünün nail ola biləcəyini bildirib.
TodayPress xəbər verir ki, o, bu barədə “Time” jurnalına verdiyi müsahibədə danışıb.
"İnanıram ki, Ukraynada sülh üzərində razılaşa bilən yeganə şəxs mənəm. İnanmıram ki, başqası bu razılaşmanı edə bilərdi" deyə Tramp vurğulayıb.
Tramp həmçinin qeyd edib ki, sülhə nail olmaq üçün aparılan danışıqlarda artıq ciddi irəliləyiş var və tərəflər “razılığa çox yaxındır”.
Xatırladaq ki, Tramp daha əvvəl də bu münaqişəni tez bir zamanda həll edə biləcəyini bəyan etmişdi.
Türkan İsgəndərli
tag: ABŞ,Donald Tramp,Ukrayna,Sülh,todaypress.az,