Tramp Ukraynanı “xilas edir”
ABŞ prezidenti Donald Tramp Ukraynanı “xilas etdiyini” və respublikaya böyük xidmət göstərdiyini deyib.
TodayPress xəbər verir ki, bu barədə o, “The Atlantic” nəşrinə verdiyi müsahibəsində danışıb.
“Düşünürəm ki, Ukrayna tezliklə darmadağın ediləcək. Ona görə də mən bu ölkəni "xilas edirəm” deyə o bildirib.
Ağ Ev lideri, həmçinin Ukraynaya yardımını “böyük xidmət” adlandırıb və əlavə edib ki, o, Ukrayna prezidenti Volodimir Zelenskinin deyil, məhz Ukraynanın tərəfini tutur.
Tramp Zelenski ilə münasibətlərində çətin günlər yaşadığını da etiraf edib.
Aysel Mətləb
tag: ABŞ ,Donald Tramp,Ukrayna,Ağ Ev ,Volodimir Zelenski,todaypress.az,