Tramp Ukraynaya dəstək ola bilər

Dünya

29.04.2025 19:10

12

ABŞ prezidenti Donald Tramp özünü Ukraynanın xilaskarı adlandırıb.

TodayPress xəbər verir ki, o, bu fikri "The Atlantic" jurnalına müsahibəsində səsləndirib.

Tramp qeyd edib ki, prezidentliyi dövründə Ukraynaya "Javelin" raket sistemləri verib və bu yardım olmasaydı, Rusiya Kiyevi ələ keçirə bilərdi.

O əlavə edib ki, Rusiya rəhbərliyinin hərəkətləri onu Ukraynanın tərəfində olmağa vadar edə bilər.

Türkan İsgəndərli


tag: Ukrayna,Rusiya,ABŞ,todaypress.az,