Tramp Ukraynaya silah göndərilməsini dayandırmağı əmr etdi

Dünya

04.03.2025 09:45

1076

ABŞ prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetə bütün Amerika silahlarının, o cümlədən Avropada yerləşənlərin göndərilməsini dayandırmaq göstərişi verib. 

TodayPress xəbər verir ki, bu barədə “New York Post” (NYP) yazıb.

Məlumata görə, dayandırılan hərbi yardım Ukraynaya yola salınan, hazırda təyyarə və gəmilərdə olan silahları da əhatə edir. Bundan əlavə, Ağ Evin qərarı artıq Polşanın tranzit zonalarında olan silahlara da şamil edilir.

Qiymət Mahir

tag: ABŞ ,Donald Tramp,Pentaqon,Pit Heqset,todaypress.az,