Tramp Ukraynaya silah göndərməyəcək

Dünya

28.03.2025 11:00

2140

ABŞ prezidenti Donald Tramp Ukraynaya əlavə silah tədarükünü planlaşdırmır. O, silah mövzusunu Kiyevə təzyiq vasitəsi kimi istifadə edəcək və məqsədi münaqişənin nizamlanmasıdır.

TodayPress xəbər verir ki, bu barədə Çikaqo Universitetinin professoru Con Mirşaymer “Judging Freedom” adlı “YouTube” kanalına açıqlamasında deyib.

“Düşünürəm ki, Tramp ukraynalılara üstünlük əldə etmək üçün deyəcək ki, Konqresə qayıda bilməz – kifayət qədər səs olmayacaq.

Ona görə də onlar münaqişəni dayandırsalar, yaxşı olar, yoxsa silahları tükənəcək”  deyə professor bildirib. 

Qiymət Mahir

tag: ABŞ,Tramp,Ukrayna,Silah,Todaypress.az,