Tramp Ukraynaya yardımın dondurulması ilə bağlı görüş keçirəcək

Dünya

04.03.2025 02:31

2918

ABŞ prezidenti Donald Tramp bazar ertəsi günortadan sonra Ukrayna böhrani ilə bağlı növbəti addımlar, o cümlədən ABŞ-nin hərbi yardımının mümkün dayandırılması ilə bağlı görüş keçirəcək.


TodayPress  xəbər verir ki, bu haqda mənbələrə istinadən “Axios” potralı məlumat yayıb.


Mənbələr bildiriblər ki, görüşdə Trampla yanaşı, vitse-prezident Devid Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və digər yüksək vəzifəli məmurların iştirakı gözlənilir.


Xatırladaq ki, Ağ Evdə keçirilən Tramp-Zelenski görüşü xüsusilə Zelenskinin Putinin əvvəlki razılaşmaları pozduğunu və ona etibar edilə bilməyəcəyini deməsindən sonra gərginləşib.

 

tag: Tramp, ABŞ, Ukrayna, Görüş,Zelenski, todaypress.az,