Tramp Uolts və Netanyahu təmasından narahatdır
ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts İsrail Baş naziri Benyamin Netanyahu ilə yaxın əlaqələrinə və İranla bağlı fikir ayrılığına görə vəzifəsindən uzaqlaşdırılıb.
TodayPress xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadla yazıb.
Bildirilib ki, Tramp Uoltsun Netanyahu ilə mümkün hərbi əməliyyatlarla bağlı təmaslarını və onların Oval kabinetdəki fevral görüşü ərəfəsindəki sıx əlaqələrini narazılıqla qarşılayıb.
“Uolts Netanyahunun Trampla görüşündən əvvəl onunla İranla bağlı hərbi tədbirləri müzakirə edirdi” deyə qeyd olunur.
Qiymət Mahir
tag: ABŞ,Uolts,Netanyahu,Tramp,todaypress.az,