Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə etdi
ABŞ Prezidenti Donald Tramp Amerika
Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini dələduzluq və korrupsiya
kimi xarakterizə edib.
TodayPress xəbər verir ki, bunu o, Ağ evdə
Yaponiyanın Baş naziri Sigeru İşiba ilə görüşündə jurnalistlərin suallarını
cavablandırarkən bildirib.
“USAID-ə baxsaq, bunların hamısı dələduzluqdur. Bu
təşkilatın vəsaitlərinin çox az hissəsi yaxşı məqsədlərə xərclənir. Baxdığım
büdcənin hər bir sətri ya korrupsiyadır, ya da gülünc bir şeydir” Tramp deyib.
ABŞ administrasiyası fevralın 3-də USAID-in fəaliyyətini
faktiki olaraq dayandırıb. Trampın qərarı ilə ABŞ dövlət katibi Marko Rubio bu
qurumun müvəqqəti rəhbəri təyin edilib.
USAID-ə qarşı tədbirlər Trampın əvvəllər ABŞ hökumətinin
səmərəliliyinin artırılması, şişirdilmiş dövlət aparatının azaldılması və
bürokratiya ilə mübarizə üzrə yeni qurumun rəhbəri təyin etdiyi amerikalı
milyarder-sahibkar İlon Maskın təşəbbüsü ilə qəbul edilib.
tag: USAID, Tramp,ABŞ,Amerika,Marko Rubio, todaypress.az,