Tramp və Putin görüşə hazırlaşır: “Düzgün anı gözləyirik”

Dünya

10.02.2025 12:25

1039

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə münasib vaxtda görüşmək niyyətində olduğunu bildirib. 

TodayPress xəbər verir ki, o, bu barədə jurnalistlərə prezident təyyarəsi “Air Force One”da Luizianaya səfəri zamanı məlumat verib.

ABŞ Prezidenti Ukraynadakı vəziyyətdən narahatlığını ifadə edərək, Vaşinqtonun münaqişəni dayandırmağa çalışdığını və insan itkilərinin qarşısını almaq istədiyini bildirib.

Tramp inauqurasiyadan əvvəl və ya sonra Putinlə danışıqlar aparıb-aparmadığı barədə suala cavabında belə təmasların baş verdiyini təsdiqləyib. Lakin onların məzmunu barədə ətraflı danışmaqdan imtina edib. O, gələcəkdə bu mövzuda daha çox dialoqun olacağını qeyd edərək, münaqişənin dayandırılmasının vacibliyini vurğulayıb.

Qiymət Mahir

tag: Tramp,Putin,Görüş,Danışıqlar,todaypress.az,