Tramp və Putinin ilk görüşü Səudiyyə Ərəbistanında olacaq
ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.
TodayPress xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Bidirilib ki, Trampın Rusiya Prezidenti Vladimir Putinlə ilk görüşü telefon danışığı zamanı razılaşdırılıb və Səudiyyə Ərəbistanında keçiriləcək.
ABŞ lideri Ukrayna məsələsində Müdafiə naziri Pit Heqsetlə razılaşıb. O, Ukraynanın NATO-ya üzvlüyünün real olmadığını düşünür.
Bununla belə, Tramp Ukraynaya yardımların davam edəcəyini vurğulayıb. Yardımın hansı formada olacağını açıqlamasa da, daha əvvəl ABŞ-yə strateji əhəmiyyətli nadir metalların tədarükü müqabilində Ukraynaya dəstək göstərməyi təklif etmişdi.
ABŞ Prezidenti həmçinin Ukraynada yaxın gələcəkdə atəşkəsin mümkün olduğunu bildirib. O, Ukraynada yeni prezident seçkilərinin keçirilməli olduğunu da qeyd edib. Lakin Ukrayna qanunlarına əsasən, hərbi vəziyyət davam etdiyi müddətdə seçkilərin keçirilməsi mümkün deyil.
Qiymət Mahir
tag: Dünya,Tramp,Putin,Görüş,Səudiyyə Ərəbistanı,todaypress.az,