Tramp və Zelenski arasında mübahisə yaşandı-YENİLƏNDİ
ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenski Ağ Evdə mətbuat konfransından öncə mübahisə ediblər.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, söhbət Ukrayna münaqişəsinin sülh yolu ilə həlli perspektivlərindən gedəndə onlar bir-birinin sözünü kəsməyə başlayıblar.
Tramp Zelenskinin
milyonlarla insanın həyatı ilə oynadığını bəyan edib.
“Ukrayna indi o qədər də
yaxşı vəziyyətdə deyil. Mən bilirəm ki, siz qalib gəlmirsiniz. Əsgərlərinizin
sayı tükənir. Ukraynada münaqişəyə son qoymağın vaxtıdır, Rusiya bunu istəyir.
Ruslarla danışıqlarımız olub, Prezidentlə danışmışam. Və biz bunu sona
çatdırmağa çalışacağıq” Tramp qeyd edib.
***
21:30
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ
Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəlib.
TodayPress ABŞ KİV-inə istinadən xəbər verir ki,
danışıqların əsas mövzularından biri ABŞ-nin Ukraynada dağ-mədən sənayesinin
inkişafında iştirakını nəzərdə tutan faydalı qazıntılar sahəsində əməkdaşlıq
haqqında sazişin imzalanması olacaq.
Bundan əlavə, təhlükəsizlik və Ukrayna ilə Rusiya
arasında hərbi münaqişənin həlli məsələlərinin müzakirə olunacağı gözlənilir.
tag: Ukrayna, Tramp, Zelenski, Ağ Ev, todaypress.az,