Tramp: Vyetnam ABŞ ilə razılıq əldə olunarsa, tarifləri sıfıra endirməyə hazırdır
ABŞ
Prezidenti Donald Tramp Vyetnamın danışıqlara açıq olduğunu və ABŞ tariflərini
sıfıra endirməyə hazır olduğunu bəyan edib.
TodayPress xəbər
verir ki bu barədə Tramp “Truth Social” hesabında yazıb.
“Vyetnam Kommunist Partiyasının baş katibi To Lam ilə indicə çox məhsuldar bir
telefon danışığı oldu. O mənə dedi ki, Vyetnam ABŞ ilə razılığa gələ bilsə,
tariflərini sıfıra endirmək istəyir. Ölkəmiz adından ona təşəkkür etdim və
yaxın gələcəkdə görüşü səbirsizliklə gözlədiyimi bildirdim” Ağ Ev rəhbəri
bildirib.
Qeyd
edək ki, Tramp Vyetnamdan idxal edilən mallara 46% yeni tarif tətbiq edib.
tag: Tramp, ABŞ, Prezident, Partiya, Ağ Ev, todaypress.az,