Tramp Xameneiyə məktub göndərdi: "İran danışıqlara getməsə…”
ABŞ prezidenti Donald Tramp İranın Ali Dini lideri Əli Xameneiyə məktub göndərib.
TodayPress xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.
Məlumata görə, Tramp İranla nüvə silahı proqramına dair razılaşmanı müzakirə etmək və danışıqlar aparacaqlarına ümid etdiyini bildirib. "İran danışıqlara getməsə, bu, onlar üçün çox pis olacaq. İranın nüvə silahı ola bilməz. Başqa variantlar da var" Ağ Ev rəhbəri deyib.
Xatırladaq ki, fevralın 4-də Tramp İrana “maksimum təzyiq”in bərpası haqqında sərəncam imzalayıb.
Türkan İsgəndərli
tag: Tramp,ABŞ,İran,Xamenei,Todaypress.az,