Tramp Yaxın Şərqə səfər etməyi planlaşdırır

Dünya

01.04.2025 12:47

2017

“Yaxın Şərqlə çox yaxşı münasibətlərim var. Bu səfər aprel ayında, bəlkə də bir qədər sonra baş tuta bilər”.

TodayPress xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. 

Onun bu açıqlaması “Axios” portalında yer alan və Trampın Səudiyyə Ərəbistanına səfər planlaşdırdığını bildirən məqaləyə münasibət olaraq səsləndirilib.

Tramp əlavə edib ki, yalnız Səudiyyə Ərəbistanı deyil, həmçinin Qətər və Birləşmiş Ərəb Əmirliklərinə də baş çəkməyi planlaşdırır: “Qətərə, həmçinin ola bilsin başqa ölkələrə də gedəcəyik.

BƏƏ çox önəmlidir. Yəqin ki, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ – bu üç ölkədə olacağıq. Sonra isə digər yerlərə də səfərlərimiz olacaq, amma Yaxın Şərqdə əsas bu üçüdür”.

Tramp “digər yerlər” ifadəsi ilə hansı ölkələri nəzərdə tutduğunu isə açıqlamayıb.

Qiymət Mahir

tag: ABŞ,Tramp,Yaxın Şərq,Səfər,Todaypress.az,