Tramp Zelenski ilə görüşməyi planlaşdırır
ABŞ Prezidenti Donald Tramp gələn həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.
TodayPress xəbər verir ki, Tramp bunu Yaponiyanın Baş naziri Şigeru İşiba ilə Ağ Evdə keçirdiyi görüş zamanı çıxışında bildirib.
Tramp Zelenski ilə nadir torpaq elementlərinin təhlükəsizliyi məsələsini müzakirə edəcək. ABŞ lideri görüşün Vaşinqtonda baş tutacağını istisna etmir.
Bundan əlavə, Tramp Rusiya Prezidenti Vladimir Putinlə də danışmaq istədiyini bildirib.
Qeyd edək ki, daha əvvəl Tramp Zelenskini ABŞ-dən sui-istifadə etməyə son qoyulacağı barədə xəbərdar etmişdi. O vurğulamışdı ki, ABŞ-nin göstərdiyi yardıma görə kompensasiya tələb etmək yalnız Ukraynaya deyil, digər ölkələrə də şamil ediləcək.
“Hamı köhnə, mehriban ABŞ-dən istifadə edirdi, amma artıq belə olmayacaq” deyə o bildirmişdi.
Qiymət Mahir
tag: ABŞ,Ukrayna,Tramp,Zelenski,Görüş,Todaypress.az,