Tramp Zelenski ilə nadir yer resurslarını müzakirə edəcək
ABŞ prezidenti Donald Tramp gələn həftə Ukrayna prezidenti
Volodimir Zelenski ilə nadir torpaq ehtiyatlarının təhlükəsizliyini müzakirə etmək
üçün danışacağını deyib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat
yayıb.
Məlumata görə ABŞ lideri rusiyalı həmkarı
Volodimir Putinlə danışmaq istədiyini də bildirib.
Onun planlarını Ağ Evdə Yaponiyanın
baş naziri Şiqeru İşiba ilə görüşü zamanı açıqladığı bildirilir.
tag: Tramp, ABŞ, Zelenski, Ukrayna, Putin, todaypress.az,