Tramp Zelenski ilə olan telefon danışığını dəyərləndirdi - YENİLƏNDİ

Dünya

19.03.2025 21:25

852

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə olan telefon danışığını yüksək qiymətləndirib. 

TodayPress xəbər verir ki, bu barədə ABŞ prezidenti "X" sosial şəbəkəsində yazıb.

O bildirib ki, söhbət bir saata yaxın davam edib və əsasən Trampın bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarına əsaslanıb.


***

18:51

ABŞ prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı başlayıb.

TodayPress xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Prezident Tramp Oval kabinetdə Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparır" məlumatda bildirilib.


***


17:37


ABŞ prezidenti Donald Tramp Bakı vaxtı ilə saat 18:00-da Ukrayna lideri Volodimir Zelenskiyə zəng edəcək. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

“Tramp Ukrayna prezidenti Zelenski ilə Şərq vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00) danışacaq” nəşr bildirib.

Töhfə Səməd 

tag: ABŞ ,Donald Tramp,Ukrayna,Volodimir Zelenski,Ağ Ev ,todaypress.az,