Tramp: “Zelenski münaqişənin həlli üçün ciddi addımlar atmayıb”

Dünya

20.02.2025 13:50

1706

“Ukrayna lideri Volodimir Zelenski münaqişənin həlli üçün ciddi səylər göstərməyib və əsas məqsədi Qərb ölkələrindən Kiyevə maliyyə axınının davam etməsi ola bilər”.

TodayPress xəbər verir ki, bunu ABŞ prezideti Donald Tramp deyib.

O vurğulayıb ki, Zelenski üç ildir vəzifədə olsa da, müharibəni dayandırmaq üçün heç bir görüş və ya telefon zəngi olmayıb.

Tramp Ukrayna münaqişəsinin həllinə sadiq olduğunu bildirib. Onun sözlərinə görə, keçmiş ABŞ prezidenti Cozef Bayden də münaqişəni dayandırmaq üçün heç bir cəhd göstərməyib, Avropa sülhü təmin edə bilməyib.

Tramp həmçinin qeyd edib ki, çərşənbə axşamı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya-Amerika nümayəndə heyətlərinin apardığı danışıqlara Zelenski dəvət olunmayıb.

Qiymət Mahir

tag: Ukrayna ,Volodimir Zelenski,Qərb ,Kiyev,ABŞ,Donald Tramp,todaypress.az,