Tramp Zelenski və Putinin razılıq əldə edəcəyinə inanır
ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə Rusiyalı həmkarı Vladimir Putinin atəşkəs sazişi bağlamağa hazır olduqlarına inanır.
TodayPress xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.
Trampın sözlərinə görə, Ukraynadakı vəziyyətlə bağlı müzakirələrdə artıq əhəmiyyətli uğurlar əldə olunub.
O, həmçinin bildirib ki, Avropa Putinlə münasibətlərində müsbət nəticələr əldə edə bilməyib.
"Mən onunla bu yaxınlarda danışmışam və hesab edirəm ki, Putin razılığa gəlməyə hazırdır".
Qeyd edək ki, mart ayında ABŞ Ukrayna və Rusiya nümayəndə heyətləri ilə bir sıra görüşlər keçirib.
ABŞ atəşkəs danışıqlarında vasitəçilik edib və 30 günlük atəşkəs təklif edib.
Türkan İsgəndərli
tag: ABŞ,Tramp,Ukrayna,Zelenski,Rusiya,Putin,Todaypress.az,