Tramp Zelenskini diktator adlandırdı
ABŞ Prezidenti Donald Tramp Ukraynada prezident seçkisinin
keçirilməsi təklifindən imtina etdiyinə görə Volodimir Zelenskini tənqid edib.
TodayPress xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial
şəbəkəsindəki səhifəsində yazıb.
"Seçkisi
olmayan diktator. Zelenski tez hərəkət etməlidir, əks halda onun ölkəsi
qalmayacaq" deyə ABŞ prezidenti vurğulayıb
O
həmçinin qeyd edib: "Komik Volodimir Zelenski ABŞ-ni qələbə qazanmağın
mümkün olmadığı bir müharibəyə 350 milyard dollar xərcləməyə inandırıb".
"Bu
müharibə başlamamalı idi, lakin ABŞ və Tramp olmadan da heç vaxt
bitməyəcək", - dövlət başçısı yekunlaşdırıb.
tag: Ukrayna, ABŞ, Tramp, Zelenski, Diktator, todaypress.az,