Tramp Zelenskinin “sülhə hazır olmadığını” söylədi
Ukrayna lideri Volodimir Zelenski ilə
gərgin danışıqlardan sonra ABŞ Prezidenti Donald Tramp onun “sülhə hazır
olmadığını” deyib.
TodayPress xəbər verir ki, müvafiq paylaşım Amerika
liderinin “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
“O, Oval kabinetdə Amerika Birləşmiş Ştatlarına
hörmətsizlik etdi. O, sülhə hazır olanda geri qayıda bilər” dövlət başçısı
yazıb.
Qeyd edək ki, iki ölkə prezidentləri arasında danışıqlar çəkişmə
ilə yekunlaşıb.
Görüşü canlı yayımlayan “Associated Press” bunu “Oval
kabinetdə açıq antaqonizmin heyrətamiz nümayişi” adlandırıb.
“Tramp Zelenskini ABŞ-yə Ukraynanın qiymətli
minerallarına çıxış imkanı verəcək və onu Amerika liderinin şərtləri ilə
müharibənin diplomatik həllinə sövq edəcək razılaşma əldə etməyə məcbur etmək
səylərini ortaya qoydu” nəşr yazıb.
tag: ABŞ, Tramp, Ağ Ev, Zelenski, Amerika, todaypress.az,