Tramp Zelenskiyə: “Müharibənin başlanmasına yol verilməməli idi”

Dünya

15.04.2025 19:40

13

“Əgər Bayden və Zelenski kifayət qədər bacarıqlı olsaydı, bu müharibə olmazdı”.

TodayPress xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın fikirləri “TASS” agentliyi tərəfindən yayımlanıb.

Tramp bəyan edib ki, Rusiya ilə Ukrayna arasında müharibə, düzgün siyasi qərarlar alınsaydı, ümumiyyətlə baş verməyə bilərdi:

“Əgər sabiq prezident Cozef Bayden kifayət qədər kompetent olsaydı, əgər Zelenski də olsaydı,  mən ondan əmin deyiləm, bu müharibəyə yol verilməzdi”  deyə Tramp vurğulayıb.

Onun bu açıqlaması Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffa yönəlik tənqidindən sonra gəlib. Zelenski Uitkoffun “sülh razılaşmasının beş ərazi ətrafında müzakirə olunduğu” barədə açıqlamasına cavab verərək, onun “öz səlahiyyətlərini aşdığını” bildirmişdi.

Qiymət Mahir

tag: Tramp,Zelenski,Bayden,ABŞ,todaypress.az,