Trampa görə 208 milyard dollar itirdilər

Dünya

04.04.2025 12:10

2332

ABŞ-nin digər ölkələrə idxal rüsumlarını tətbiq etməsindən bir gün sonra dünyanın ən zəngin 500 adamının sərvəti 208 milyard dollar azalıb.   

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Bu azalma, 13 ildir mövcud olan "Bloomberg" Milyarderlər İndeksinin (BBI) tarixində dördüncü, COVID-19 pandemiyasından bəri isə birinci ən böyük eniş olub. 

"Meta" qurucusu Mark Zukerberq şirkətinin səhmlərinin təxminən 9 faiz ucuzlaşmasından sonra 17,9 milyard dollar itirib.

"Amazon" (9 faiz azalma) qurucusu Ceff Bezos 15,9 milyard dollar, "Tesla" (5,47 faiz azalma) rəhbəri İlon Mask isə 11 milyard dollar itirib. 

Töhfə Səməd

tag: ABŞ,Tramp,Milyarder,İtki,Todaypress.az,