Trampa qadağan qoyuldu

Dünya

07.04.2025 19:34

16

ABŞ Prezidenti Donald Trampın demokratları iki federal əmək şurasından uzaqlaşdırmaq cəhdi məhkəmə tərəfindən dayandırılıb.   

TodayPress "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Kolumbiya Dairəsi üzrə Apellyasiya Məhkəməsi qərar çıxarıb. 

Məlumata görə, apellyasiya instansiyası əvvəlki 3 hakimdən ibarət heyətin martın 28-də verdiyi qərarı səs çoxluğu ilə ləğv edib.

Bu qərar Trampın əmək şuralarındakı demokrat üzvləri uzaqlaşdırmaq səylərinə qarşı mühüm hüquqi maneə hesab olunur. 

Aysel Mətləb

tag: Tramp,ABŞ,Qadağa,Məhkəmə,Todaypress.az,