Trampa sərt tənqid: “Putini ayırd edə bilməyən lider…”
Böyük Britaniyanın keçmiş müdafiə naziri Qrant Şapps ABŞ prezidenti Donald Trampın Rusiya və Vladimir Putinə qarşı “yumşaq münasibətindən” dərin narahatlığını ifadə edib. O, bu münasibəti “əxlaqi aydınlığın yoxluğu” kimi qiymətləndirib və bildirib ki, bu, bütün demokratik dünyanı ruhdan salır.
TodayPress xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Şapps Trampın Ukraynada onlarla insanın ölümünə səbəb olan raket hücumunu “səhv” adlandırmasını tənqid edərək, bu dili İrlandiya Respublikası Ordusu (IRA) kimi terror qruplaşmalarından eşitməyə vərdiş etdiklərini deyib.
“Putindən tələb ediləcək yeganə şey demokratiyaya malik qonşu ölkədən rədd olub getməsidir. Azad dünyanın lideri diktatoru müxaliflərini həbsə atan, öldürən və suveren ölkələrə hücum edən şəxsi işğala məruz qalmış ölkədən ayıra bilmirsə, bu, ciddi problemdir”.
Qiymət Mahir
tag: ABŞ,Tramp,Tənqid,Putin,Todaypress.az,