Tramp:"ABŞ iqtisadiyyatda tarixi uğur qazanacaq"
"ABŞ iqtisadiyyatda tarixi uğur qazanacaq"
TodayPress-in məlumatına
görə, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social"
səhifəsində bir sıra ölkələrə qarşı cavab rüsumlarının tətbiqi ilə bağlı son
qərarını şərh edərkən yazıb.
"Biz görünməmiş miqyasda şirkətləri və iş
yerlərini ölkəmizə qaytarırıq. Artıq 5 trilyon dollarlıq sərmayə əldə etmişik.
Bu məbləğ artacaq” o bildirib.
Trampın sözlərinə görə, ticarət tarifləri Çin iqtisadiyyatına ABŞ-dən daha çox zərbə vurub.
"Pekin Vaşinqtondan daha çox
əziyyət çəkib. Onlar və bir çox başqa ölkə bizə qəbuledilməz dərəcədə pis
rəftar etdilər. Bu, iqtisadi inqilabdır və biz qalib gələcəyik. Yekun nəticə
tarixi olacaq".
tag: ABŞ, Rüsum, Tramp, Şirkət, Çin, İqtisadiyyat, todaypress.az,