Trampdan Maska xəbərdarlıq
"Amerikalı milyarder və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın nazirliklərin kadr və digər məsələləri ilə bağlı birtərəfli qaydada qərar qəbul etmək səlahiyyəti yoxdur".
TodayPress xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp administrasiya rəsmilərinə deyib.
Görüş Maskın hökumət işçilərinə qarşı bir sıra kütləvi ixtisarlar və təhdidlərindən sonra baş tutub. Maskın özü də görüşdə iştirak edib və Trampın göstərişi ilə razılaşdığını açıq şəkildə bildirib.
Qeyd edək ki, bu Trampın Maskın fəaliyyətinin daraldılmasında atılan ilk mühüm addımdır.
Türkan İsgəndərli
tag: Tramp,Mask,DOGE,Xəbərdarlıq,Todaypress.az,