Trampdan sonra ABŞ-də Vens prezident olacaq

Dünya

18.03.2025 17:20

2198

Respublikaçılar Partiyasının nümayəndələri artıq ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensi 2028-ci il seçkilərində prezidentliyə namizəd kimi nəzərdən keçirirlər. 

TodayPress xəbər verir ki, respublikaçı senator Cim Benks bu barədə "Axios" portalına məlumat verib. 

"Düşünürəm ki, bu məqamda Vensin 2028-ci ildə Respublika Partiyasının namizədi olması qaçılmazdır. O, MAGA (Amerikanı Yenidən Möhtəşəm Et) hərəkatının gələcəyidir və artıq özünü sübut edib" deyə senator bildirib. 

Adı açıqlanmayan başqa bir məmur portala məlumat verib ki, Vensin ABŞ prezidentinin oğlu kiçik Donald Trampla yaxşı münasibəti var. Portal iddia edir ki, o, Ceyms Devid Vensin performansından heyrandır və keçən yay öz siyasi kapitalını atasını Vensi vitse-prezident seçməyə inandırmaq üçün sərf etdiyinə görə tamamilə razıdır. 

Qeyd edək ki, Vens Ohayodan keçmiş Respublikaçı ABŞ senatorudur, 2023-cü ilin yanvarından bu vəzifəni tutur. 2 avqust 1984-cü ildə Ohayo ştatının Midıltaun şəhərində anadan olub.

O, ABŞ Dəniz Piyadaları Korpusunda xidmət edib.

Ohayo və nüfuzlu Yale Universitetini bitirib. Siyasi karyerasına başlamazdan əvvəl vençur kapitalı şirkətlərində çalışıb.

Vens, 2022-ci ildə ABŞ Senatına keçirilən seçkilərdə Demokratların namizədi Tim Rayanı məğlub edib. 

Töhfə Səmədc

tag: ABŞ,Tramp,Ceyms Devid Vens,Prezident,Todaypress.az,