Trampdan Üçüncü Dünya müharibəsi ilə bağlı açıqlama
ABŞ Prezidenti Donald Tramp fevralın 19-u ölkənin keçmiş lideri Cozef Baydenin daha bir il hakimiyyətdə qalacağı təqdirdə, Üçüncü Dünya müharibəsinin baş verəcəyini deyib.
TodayPress xəbər verir ki, Tramp bu barədə Florida ştatının Mayami şəhərində Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi investisiya forumunda çıxışı zamanı danışıb.
O, müharibənin heç kimə fayda vermədiyini deyib.
"Əgər Cozef Bayden daha bir il Amerikada hakimiyyətdə qalsa idi, Üçüncü Dünya müharibəsi baş verəcəkdi. Amma indi bu baş verməyəcək" deyə Tramp vurğulayıb.
Nicat Osman
tag: Tramp,ABŞ,Florida,Mayami,Todaypress.az,