Trampdan Ukrayna ilə bağlı KRİTİK QƏRAR
ABŞ prezidenti Donald Tramp Amerika rəsmiləri ilə görüşərək Ukrayna ilə bağlı bir sıra tədbirləri nəzərdən keçirəcək.
TodayPress xəbər verir ki, bu barədə "“The New York Times” məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Tramp dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset də daxil olmaqla, milli təhlükəsizlik üzrə yüksək səviyyəli köməkçiləri ilə Ukrayna ilə bağlı bir sıra siyasətləri nəzərdən keçirmək və potensial tədbirlər görmək üçün görüşəcək.
Burada əsasən Ukraynaya yardımların dayandırılması məsələsi müzakirə olunacaq.
Xatırladaq ki, fevralın 28-də ABŞ Prezidenti Donald Tramp Ukraynalı həmkarı Volodimir Zelenski ilə Ağ Evdə ikitərəfli görüş keçirib. Görüş zamanı liderlər arasında mübahisə yaranıb.
Türkan İsgəndərli
tag: ABŞ,Dünya,Tramp,Ukrayna,todaypress.az,