Trampdan Zelenskiyə mesaj: “İşğal olunan ərazilərin hamısının qaytarılmasına ümid etmə”

Dünya

13.02.2025 14:50

2796

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə bütün işğal olunmuş ərazilərin geri qaytarılmasına ümid etməməsini deyib.

TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Qeyd edək ki, Amerikanın bu barədə mövqeyini ilk dəfə Pentaqon rəhbəri Pit Heqset səsləndirib. 

O, bunu NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən toplantıda açıqlayıb.

ABŞ-nin müdafiə naziri bəyan edib ki, Ukraynanın 2014-cü ildəki sərhədlərinə qayıtmaq şansı yoxdur.

Nicat Osman

tag: Donald Tramp,Zelenski,Pentaqon,Pit Heqset,Todaypress.az,