Trampın əfv etdiyi amerikalı güllələndi
İndiana ştatında polis məmuru əfv edilən Kapitoliyə hücumun iştirakçısı olmuş Metyu Şattlı güllələyib.
TodayPress xəbər verir ki, bu barədə "ABC7” telekanalı məlumat yayıb.
Hadisəyə səbəb kimi, adı çəkilən şəxsin polisin əmrinə tabe olmayıb müqavimət göstərməsi göstərilib.
Polisin məlumatına görə, mərhumun yanında silah olub.
Qeyd edək ki Metyu Şattl, 2023-cü ildə günahını etiraf edərək həbs cəzasına məhkum edilib. ABŞ-də Donald Tramp hakimiyyətə gəldikdən sonra isə əfv edilib.
Nicat Osman
tag: Tramp,Əfv,Amerikalı,Vaşinqton,Todaypress.az,