Trampın geyimi qəzəbləndirdi: "Hörmət yoxdur"
Sosial şəbəkə istifadəçiləri ABŞ prezidenti Donald Trampı Papa Fransiskin dəfn mərasimində geyim qaydalarını pozmaqda ittiham ediblər.
TodayPress xəbər verir ki, bu barədə "Extra.ie" məlumat yayıb.
Belə ki, Vatikanda vida mərasimi üçün ciddi geyim qaydaları müəyyən edilib. Mərasimdə kişilər uzun qara qalstuk, eyni rəngdə kostyum və ağ köynək geyinməlidirlər. Lakin Amerika lideri bu tələbə məhəl qoymayıb: ictimaiyyət qarşısına mavi kostyumda və eyni rəngli qalstukda çıxıb.
İnternet istifadəçiləri Trampın görünüşündən qəzəbləniblər.
"Tramp Papa Fransiskin dəfn mərasimində parlaq mavi kostyum geyinən yeganə aparıcı fiqurdur", "Tramp Papanın dəfn mərasimində diqqəti öz üzərinə çəkməyə çalışır", "Papaz", "Qara qalstuk taxmaq belə çətin idi?", "BBC News"da dəfn mərasimini izləyirəm. Hamı qara geyinib, Tramp isə mavi kostyumdadır. Hörmət yoxdur” deyə yazıblar.
Töhfə Səməd
tag: ABŞ ,Donald Tramp,Papa Fransisk,Vatikan,todaypress.az,